Bakı yol polisi sürücülərə müraciət etdi

Bakı yol polisi sürücülərə müraciət etdi
  08 Dekabr 2013    Oxunub:1181
"Şəfa" stadionun qarşısında aparılan təmir işləri ilə bağlı Heydər Əliyev prospektinin köməkçi yolunda avtomobillərin hərəkətində məhdudiyyətlər yaranıb.

AzVision.az xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, təmir işləri ilə bağlı yolun hərəkət hissəsi daraldığından köməkçi yolda tıxac yaranıb.

Bakı yol polisi sürücülərdən tıxacın yaranmaması üçün alternativ yollardan isitfadə etməyi tövsiyyə edir.


Teqlər:





Xəbər lenti