Ermənistan polisinin rəisi istefa verdi

  18 Sentyabr 2019    Oxunub : 1019
 Ermənistan polisinin rəisi istefa verdi
Ermənistan polisinin rəisi Valeri Osipyan istefa verib.

Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, Osipyan Təhlükəsizlik Şurasının iclasında baş nazir Nikol Paşinyanla gərgin keçən söhbətdən sonra istefa ərizəsini yazıb.
İclas zamanı Paşinyan Amulsar qızıl yatağına gedən yolların ətraf mühit fəalları tərəfindən bağlandığını bildirib və tapşırıq verib ki, polis həmin yolları açmalıdır. Osipyan isə buna etiraz edərək fəallara güc tətbiq etməyin təhlükəli olduğunu vurğulayıb.

Baş nazir isə ona cavabında deyib ki, polis rəisi bu işi etmək gücündə deyilsə, əməliyyatı polis qoşunlarının komandanı, general Vaqe Kazaryan edər.

Mübahisə Osipyanın istefa məktubu təqdim etməsinə səbəb olub.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Ermənistan