Sumqayıtda qətl törədən yaxalandı

Sumqayıtda qətl törədən yaxalandı
  08 Dekabr 2013    Oxunub:1095
Sumqayıtda qətl hadisəsi törədən şəxs yaxalanıb.
Xəbər verdiyimiz kimi, dekabrın 7-də Sumqayıtın 47-ci məhəlləsində qətl hadisəsi baş verib.

Saat 22.30 radələrində Sumqayıt Dövlət Universitetinin tələbəsi Məmmədsaleh Şükürov bıçaqlanmışdır. Kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilmiş yaralının həyatını xilas etmək mümkün olmayıb.

Sumqayıt Şəhər Polis İdarəsindən AzVision.az -a bildiriblər ki, “isti izlər”lə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən şəxs – 1996-cı il təvəllüdlü şəhər sakini Ruslan Quliyev saxlanılıb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb. Araşdırmalar aparılır.

Qeyd edək ki, saxlanılan Ruslan Quliyevin atası Rafael Quliyev və anası Lilya Palubinskaya hazırda məhkumluq həyatı yaşayırlar.


Teqlər:





Xəbər lenti