ABŞ Həsən Ruhaniyə viza vermir

  18 Sentyabr 2019    Oxunub : 962
ABŞ Həsən Ruhaniyə viza vermir
İran prezidenti Həsən Ruhani BMT Baş Assambleyasının iclasında iştirak etməyə bilər.
Azvision.az xəbər verir ki, İran KİV-lərinin yaydığı görə, Ruhaninin ABŞ-a getmək üçün hələ də vizası yoxdur.

"Xarici işlər naziri Məhəmməd Cavad Zərifin sentyabrın 20-də, İran prezidenti Həsən Ruhanin isə sentyabrın 23-də Nyu-Yorka getməsi planlaşdırılır. Bir neçə saatdan sonra vizalar verilməsə, bəlkə də səfərlər ləğv ediləcək",- deyə İRNA agentliyi yazıb.

Azvision.az
Şahanə Rəhimli

Teqlər: İran   ABŞ