İran İsveçrə səfirliyi vasitəsilə ABŞ-a nota göndərdi

  18 Sentyabr 2019    Oxunub : 1236
 İran İsveçrə səfirliyi vasitəsilə ABŞ-a nota göndərdi
İran ABŞ-a etiraz notası göndərib.
Azvision.az TASS-a istinadən xəbər verir ki, İran hakimiyyəti ABŞ-a nota göndərərək ölkənin Səudiyyə Ərəbistanındakı neft obyektlərinə hücumlarda iştirak etmədiyini bildirib.

Etiraz məktubu bazar ertəsi İsveçrə səfirliyi vasitəsilə ötürülüb.

Qeyd edək ki, sentyabrın 14-nə keçən gecə Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco"ya məxsus iki fabrikə 10 pilotsuz uçuş aparatı hücum edib. Hücuma görə məsuliyyəti "Ənsar Allah" hərəkatından olan husi qiyamçıları öz üzərinə götürüb.

ABŞ dövlət katibi Mayk Pompeo hücumlarda Tehranı ittiham edib. İran XİN-i isə bu açıqlamanı əsassız adlandırıb.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: İran   ABŞ