Şimali Koreyanın 161 vətəndaşı Yapon dənizində tutulub

  18 Sentyabr 2019    Oxunub : 690
Şimali Koreyanın 161 vətəndaşı Yapon dənizində tutulub
Rusiya sərhədçiləri Yapon dənizində 161 Koreya Xalq Demokartik Respublikasının vətəndaşını brakonyerliyə görə saxlayıb.
Azvision.az -ın məlumatına görə, bu barədə “TASS” Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzinə istinadən xəbər verib.

“Sahil mühafizəsi, aviasiya və xüsusi təyinatlı qüvvələrin razılaşdırılmış hərəkətləri nəticəsində sərhədçilər 2 balıq ovlayan gəmi, 11 motobot və 161 KXDR vətəndaşını saxlayıblar. Zərərçəkənlərə tibbi yardım göstərilib. Rusiya İstintaq Komitəsi baş verənlərlə bağlı cinayət işi açıb, araşdırma aparılır.” , deyə məlumatda qeyd edilib.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Rusiya   Koreya