74 yaşlı kişinin buynuzu çıxdı - Fotolar

  18 Sentyabr 2019    Oxunub : 846
74 yaşlı kişinin buynuzu çıxdı - Fotolar
Hindistanın Madhya -Pradeş əyalətinin Rahli kəndində 74 yaşlı kişinin başına buynuz çıxıb.
Azvision.az -ın Daily Mail-ə istinadən yaydığı xəbərə görə, 74 yaşlı hindli Şyam Lal Yadavanın dəri buynuzu beş il bundan qabaq başından zədə almasından sonra yaranıb.

İlk vaxtlar həmin şəxs başındakı şişkinlik xüsusi narahatlıq yartmadığından həkimə müraciət etməyib.

Həkimlər müayinə etdikdən sonra bildiriblər ki, şişkinlik xoşxassəlidir, insan dırnaqları və ya tükləri kimi keratindən ibarətdir, həmçinin epidermal hüceyrənin sıxlaşmasıdır.

Onun buynuzu əməliyyat edilərək götürülüb. Şişkinliyin hansı səbəbdən yarndığı dəqiq bilinmir.





Şahanə Rəhimli
Azvision.az

Teqlər: Hindistan