Direktorların işə qəbulu üzrə müsahibə davam edir
Qeyd edilən rayonlar üzrə müsahibələr sentyabrın 21-dək davam edəcək.
Müsahibənin nəticələri və növbəti müsahibələrin keçiriləcəyi tarixlər barədə namizədlərə məlumat veriləcək.
Qeyd edək ki, iyulun 13-dən 19-dək dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbulu aparılıb. 3 min 403 namizəd elektron qeydiyyatdan keçib. Onlardan 2 min 273 nəfərin elektron ərizəsi təsdiqlənib. Direktorların işə qəbulu müsabiqəsinin avqustun 2-də keçirilmiş test imtahanı mərhələsində 1643 nəfər iştirak edib.
Avqustun 21-dən 23-dək Ağdam, Ağdaş, Gədəbəy, Goranboy, Laçın və Lerik rayonları üzrə, avqustun 28-dən 30-dək Cəlilabad, Quba, Şamaxı, Lənkəran və İmişli rayonları üzrə direktorların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi keçirilib.
Azvision.az
Teqlər: Direktor