Vərəqli aksiya başa çatdı

Vərəqli aksiya başa çatdı
  08 Dekabr 2013    Oxunub:1222
AzVision.az musavat.com-a istinadən xəbər verir ki, `Avropa Gənclər Hərəkatı`nın Fəvvarələr meydanında benzinin bahalaşmasına etiraz olaraq keçirdiyi dinc yürüş polislər tərəfindən dağıdılıb. 10 dəqiqə çəkən yürüşdə gənclər əllərində rəmzi olaraq ağ kağız tutub. Polis etirazçıların bu hərəkətini mənasız və insanların istirahət hüququnu pozmaq adlandırıb. Hərəkatın rəhbəri Ramin Hacılı isə jurnalistlərə açıqlamasında bildirib ki, adicə sakit şəkildə gəzməyə belə imkan verilmir.

Yürüş insidentsiz başa çatıb, saxlanılan olmayıb.


Teqlər:  





Xəbər lenti