“Xətai” stansiyasında eskalatorda problem yaranıb
"Eskalatorlar daim nəzarət altındadır. Bizim əməkdaşlar daim eskalatorları dayandırırlar, baxırlar. Eskalatorlar təzədir və sərnişin yükü altında işləyir. Biz onu təhlükəsizliyinə cavabdehik".
B.Məmmədov qeyd edib ki, bəzən sənişinlər tərəfindən "stop" düyməsinin basılması səbəbindən də eskalatorların fəaliyyəti dayanır.
Qeyd edək ki, bu ilin sentyabrın 12-də “Xətai” stansiyasının təmirdən sonra açılışı olub.
Anar Kəlbiyev
Azvision.az