"Neftçi" büdrədi, "Qarabağ" liderliyə yüksəldi

"Neftçi" büdrədi, "Qarabağ" liderliyə yüksəldi
  09 Dekabr 2013    Oxunub:1222
Bu gün Azərbaycan Premyer Liqasında 16-cı turun oyunların baş tutub.

AzVision.az xəbər verir ki, turun açılış matçı Qəbələdə keçirilib.

Burada yerli komanda "Simurq"u sınağa çəkib və 2:1 hesabı ilə qalib gəlib.

Turun digər oyununda AZAL öz meydanında "Rəvan"la münasibətlərinə aydınlıq gətirib. Şahin Diniyevin komandası 90 dəqiqə 1:0 hesabı ilə öndə olsa da, AZAL-ın futbolçusu Şəhriyar Rəhimov 90 və 90+3-cü dəqiqələrdə vurduğu 2 qolla komandasına qələbə qazandırıb - 2:1.

Paytaxtın digər təmsilçisi "Bakı" klubu bu tur Sumqayıta səfər edib. Görüş paytaxt klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Günün maraq doğuran oyunlarından biri "Şəfa" stadionunda keçirilib.

Burada "İnter" və "Xəzər Lənkəran" komandaları üz-üzə gəlib. Qarşılaşmada hesab açılmayıb.

Tofiq Bəhramov adına respublika stadionunda keçirilən "Qarabağ" və "Neftçi" komandaları arasında "Neftçi" görüşdə qələbə qazanaraq komanda turu lider kimi başa vurdu.

Azərbaycan çempionatının derbisi hesab olunan "Qarabağ" - "Neftçi" matçı 3:1 hesabı ilə bitib.


Teqlər:





Xəbər lenti