Ukrayna qəpiklərdən imtina edir

  19 Sentyabr 2019    Oxunub : 860
Ukrayna qəpiklərdən imtina edir
Oktyabrın 1-dən Ukraynada kiçik pulları dövriyyədən çıxarılacaq.
Azvision.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Bankı məlumat yayıb.

Agentliyin məlumatına görə, bir, iki və beş qəpik nominalı olan sikkələr gələn ayın əvvəlindən etibarən ödəniş vasitəsi olmaqdan çıxacaq.

Bundan əlavə, nominal dəyəri 25 qəpik olan sikkələr isə tədricən dövriyyədən çıxarılacaq.

Azvision.az

Teqlər: Ukrayna