Sabirabad rayonunda xeyli sayda silah-sursat tapılıb

Sabirabad rayonunda xeyli sayda silah-sursat tapılıb
  09 Dekabr 2013    Oxunub:5118
Sabirabad rayonunun Cavad kəndi ərazisindən xeyli sayda silah-sursat tapılıb. Bu barədə rayon polis şöbəsinə kənd sakini Davud Qədirov məlumat verib.

AzVision.az APA- ya istinadən xəbər verir ki, Sabirabad polisi rayonun Cavad kəndi ərazisindən xeyli sayda silah sursat aşkarlayaraq götürüb. Həmin əraziyə baxış keçirən polis əməkdaşları, ərazidən sintetik kisəyə yığılmış 1983-cü il istehsalı olan 1 ədəd AKM markalı avtomat, 1 ədəd 1969-cu il istehsalı olan 16 kalibrli lüləsi kəsilmiş qoşa lüləli ov tüfəngi, 3 ədəd RQD-5, 1 ədəd F-1 əl qumbarası, iki ədəd RQD-5 əl qumbarasının fitili, 104 ədəd 5,45 və 20 ədəd 7,62 patronları və iki ədəd 5,45 avtomat sandığı aşkar edərək götürüblər.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır. Tapılmış silahların hər hansı bir cinayətdə istifadə olunub-olunmadığı araşdırılır.


Teqlər:





Xəbər lenti