Bakıda "BMW" aşdı

Bakıda "BMW" aşdı
  09 Dekabr 2013    Oxunub:1359
Bakının mərkəzində "BMW" markalı maşın aşıb, yolda tıxac yaranıb.
"Gənclik" metrostansiyası yaxınlığındakı yol qovşağında avtomobil aşıb.

AzVision.az Trend-ə istinadən xəbər verir ki, "90 SN 704" dövlət nömrə nişanlı "BMW" markalı avtomobil Atatürk prospektindən "Nəriman Nərimanov" metrostansiyası istiqamətində hərəkət edərkən aşıb. Hazırda həmin istiqamətdə tıxac yaranıb.

Hadisə yerinə yol polisi əməkdaşları gəlib. Qəzanın baş vermə səbəbləri araşdırılır.

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan yoxdur.

Qəzaya səbəb kimi sürət həddini aşma göstərilir.


Teqlər:





Xəbər lenti