Şamaxıda ölümlə nəticələnən avtomobil qəzası

Şamaxıda ölümlə nəticələnən avtomobil qəzası
  09 Dekabr 2013    Oxunub:1108
Şamaxıda piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.
AzVision.az APA- ya istinadən xəbər verir ki, Şamaxı Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə Göylər kəndində qeydə alınıb. Çaylı kənd sakini Xamis Cəfərov idarə etdiyi “Opel” markalı minik maşını ilə yolu keçən piyadanı-Göylər kənd sakini, 1989-cu il təvəllüdlü Rəsulov İqbal Nuşirəvan oğlunu vurub.

İqbal Rəsulov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Yaralı xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti