“Sumqayıt” futbolçuları paytaxt təmsilçilərinə məğlub oldu

“Sumqayıt” futbolçuları paytaxt təmsilçilərinə məğlub oldu
  09 Dekabr 2013    Oxunub:1262
AzVision.az xəbər verir ki, Azərbaycan Premyer Liqasında 16-cı turun oyunları yekunlaşıb. "Sumqayıt" futbol klubu (FK) dekabrın 8-də Mehdi Hüseynzadə adına şəhər stadionun yeni meydancasında doğma azarkeşləri qarşısında "Bakı" ilə qarşılaşıb.

Klubun mətbuat xidmətindən bildiriblər ki, maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə paytaxt təmsilçisi 2:1 hesabı ilə “Sumqayıt” üzərində qələbə qazanıb.

"Sumqayıt" FK-nun baş məşqçisi Aqil Məmmədov, oyundan sonra deyib: "Maraqlı oyuna şahidlik etdik. Komandam hiss olunurdu ki qələbə qazanmaq istəyir. "Sumqayıt" bu günki qarşılaşmada məğlubiyyətə layiq deyildir. Oyundan razı olsam da, nəticədən razı qalmadım".


Teqlər:





Xəbər lenti