Erməni lobbisinin strategiyası – TƏHLİL

Erməni lobbisinin strategiyası – TƏHLİL
  12 Mart 2013    Oxunub:2935
Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi

1915-1923-ci illərdə Osmanlı İmperiyası tərəfindən guya törədilmiş faciənin beynəlxalq ictimaiyyət tərəfindən “soyqırımı” kimi tanınması Ermənistanın lobbiçi təşkilatlarının Atlantik okeanın hər iki tərəfində əsas fəaliyyətlərindən biridir.
ABŞ-da lobbiçilik Amerikalı Ermənilərin Konqresi çərçivəsində ABŞ konqresmenlərinə həm Senatda, həm də Nümayəndələr Palatasında birbaşa təsir etməkdən ibarətdir. Senator Robert Menendez və Mark Kirk AEMK tərəfindən dəstəklənən iki konqremendirlər və onlar ABŞ hökümətinə qətnaməni qəbul etməkdə təzyiq göstərirlər.

2007-ci ildə qətnamə həmçinin ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nancy Pelosi və ABŞ Nümayəndələr Palatasının Kaliforniyadan olan üzvü Adam Schiff tərəfindən təsdiq olundu. Adam Erməni lobbiçiliyi nəticəsində soyqırım haqqında qətnaməni irəli sürdü. 11 oktyabr, 2007-ci ildə Adam Schiffin dəstəklədiyi qətnamə Xarici İşlər Komitəsi üzrə Palata tərəfindən qəbul olundu. Bununla belə, Prezident Buşun qətnamənin Türkiyə ilə əlaqələrə mənfi təsir edəcəyindən nigaraçılığına görə sənəd Nümayəndələr Palatasının müzakirəsinə çıxarılmadı.

Qətnamə yenidən 4 mart, 2010-cı ildə 22 səsdən 23-ni qazanmaqla Xarici İşlər Komitəsi üzrə Palata tərəfindən bəyənildi. Prezident Obamanın Türkiyə ilə əlaqələrin pisləşməsilə bağlı etirazlarına və eləcə də, qətnamənin Türkiyə ilə Ermənistan arasında barışıq cəhdlərinə mane olacağına baxmayaraq, Komitə onu qəbul etdi. Həmin gün Ankara ABŞ-dakı səfiri Namik Tanı geri çağırdı və Vaşinqtonu diplomatik böhranla hədələdi. Səsvermədən sonra ABŞ Dövlət Katibi Hillari Klinton Ağ Evin rəsmi mövqeyini bildirdi. Dövlət Katibi Hilari Klinton dedi ki: “Obama Administrasiyası yalnız bir səslə Palata komitəsində keçmiş olan qətnamənin tamamilə əleyhinədir və sənədin Palatanın müzakirəsinə çıxmaması üçün əlindən gələni edəcək”.

The Guardian-nın verdiyi məlumata görə qətnamə “amerkali ermənilərin gərgin lobbiçiliyinin məhsulu idi”(The Guardian, 2010). Qəzet yazırdı ki, 2009-cı ildə AEMK qətnamə ilə bağlı Konqresə təsir etmək üçün təxminən 50,000 dollar xərcləmişdir ki, bu da Prezident Obamanı qətliamın ildönümü haqqında mesajında hadisəni “soyqırım” kimi tərif etməsi üçün təzyiq vasitəsi olmuşdu. Bununla belə, Prezident Obama yalnız 2008-ci ildə öz seçki kampaniyası dövründə hadisəni “soyqırım” adlandırdı, 2009-cu ildə Amerika Birləşmiş Ştatlarının Prezidenti olandan sonra isə belə mövqe göstərmədi.

Qətnamə ötən il yenidən təqdim olundu. 20 mart 2012-ci il tarixində AEMK öz veb-səhifəsində məlumat yaydı ki, senator Menendez və Kirk ABŞ hökümətindən soyqırımını tanıması üçün Senatın 399 saylı qətnaməsini təqdim edib. AEMK həmçinin senator Menendez və Kirk tərəfindən erməni məsələsi ilə əlaqədar təqdim olunan qətnaməni bəyənən digər tərəfdarlarının adlarını açıqladı: “Barbara Boxer, İnsan Hüquqları üzrə Senatın Xarici Əlaqələr Altkomitəsinin Sədri və Senatın Ətraf Mühit Komitəsinin və Dövlət İşləri Komitəsinin Sədri, Michael Bennet, Dianne Feinstein, Senatın Kəşfiyyat üzrə Seçim Komitəsinin Sədri, Carl Levin, Senatın Silahlı Xidmətlər Komitəsinin Sədri, Joe Lieberman, Senatın Milli Təhlükəsizlik və Hökümət İşləri Komitəsinin Sədri, Jack Reed, Dəniz Qüvvələri üzrə Senatın Silahlı Xidmətlər Altkomitəsinin Sədri və Sheldon Whitehouse, Senatın Cinayətkarlıq və Terrorizm üzrə Hüquq Altkomitəsinin Sədri. Senator Chuck Schumer, Demokratik Müşavirə üzrə Sədr müavini də Senatın 399 saylı qətnaməsinə qoşulub”.

Göründüyü kimi, həm AEA, həm də AEMK erməni məsələsinin Vaşinqtonun siyasi gündəliyində saxlamaqda həvəslidirlər. Məhz bu səbəbdən də Erməni-Amerikan icması ilə konqresmenlər arasında müntəzəm olaraq görüşlər təşkil olunur. Bu fəaliyyətə həmçinin lobbiçi təşkilatlarda erməni təcrübəçiləri (praktikant) ilə konqresmenlər arasında görüş təşkil etmək kimi gələcək liderlərin xüsusi proqramı da daxildir. Belə görüşlərdən biri 2012-ci ilin iyulunda keçirildi və AEMK-ın təcrübəçiləri Adam Schiff və Frank Pallone ilə görüşdülər. Görüşdən sonra Schiff bildirdi ki: “Bu yay Hollivud və Qlendaldan olan iki seçicim də daxil olmaqla AEMK-də təcrübədə olan tələbələrlə görüşmək böyük bir sevinc idi... Mən erməni icması daxilində növbəti liderlər nəslinin formalaşdırılmasına kömək etmək üçün AEMK-in əhəmiyyətli rolunu yüksək qiymətləndirirəm”.

Amerikada olduğu kimi, Avropada da erməni soyqırımının tanınması böyük narahatçılıq mövzusudur. Brüsseldə erməni lobbiçiliyi iki əsas qurum vasitəsilə təşkil olunur: Ədalət və Demokratiya naminə Avropa Erməni Federasiyası (ƏDAEF) və Ermənistanın Avropalı Dostları (EAD). Hər iki təşkilat Avropa Birliyinin Türkiyə və Cənubi Qafqaza (Azərbaycan) dair strategiyalarına təsir etməklə məşğuldur. ƏDAEF-in veb səhifəsində onun məqsədləri belə bildirilir:
- Avropa Institutları və Avropa Ittifaqındakı erməni icmaları arasında əlaqə rolunu oynamaq;
- Belə institutlar daxilində həmin icmaların mövqeyini təbliğ etmək;
- Ermənistanla bağlı siyasi və strateji məsələlərin Avropa Birliyində daha yaxşı anlaşılmasını təmin etmək;
- Erməni məsələlərində Avropa Birliyinin tolerantlıq və dialoq kimi dəyərlərini möhkəmləndirmək;

Daha dəqiq desək onların əsas məqsədlərinin ikisi soyqırımın və “Qərbi Ermənistanın” işğalının tanınması ilə bağlıdır: “Avropa Erməni Federasiyasının fəaliyyətində bəzi Avropa daxili strategiya sahələrinə, xüsusən də Cənubi Qafqaz (Ermənistan daxil olmaqla) və Türkiyə ilə xarici əlaqələrlə bağlı strategiyalara toxunulur. İkinci məsələdə isə, İttifaqın əsas problemi erməni soyqırımının dövlət səviyyəsində inkar edilməsi və Qərbi Ermənistanın işğalının əbədiləşdirilməsidir” (ƏDAEF).

Bu səbəbdən də ƏDAEF soyqırımının tanınmasına çalışmaq üçün AB-yə güclü formada təsir edir.
Bu günə qədər Avropa Birliyi üzv olan 27 dövlətdən 10-u erməni soyqırımını tanıyıb (Belçika, Kipr, Fransa, Almaniya, Yunanıstan, Italiya, Litva, Niderland, Polşa və Isveç). 2006-cı ildə ƏDAEF soyqırım vaxtı öldürülmüş ermənilərə məxsus əmlakı saxladığına görə Almanyanın Deutsche Bank-nı 20.000.000 təzminat ödəməyə məcbur etmək məqsədi ilə qrup iddiası qaldırdı. Bundan bir il əvvəl analoji iddia fransız sığorta firması Axa-a qarşı qaldırıldı və 2010-cu ildə həmin fima 1.000 ailəyə təzminat verməyə razı olub.

Fransada ölkəni soyqırımı tanımağa məcbur etmək və onun inkarını cinayətə çevirmək üçün gərgin çalışan yaxşı təşkil olunmuş və qətiyyətli erməni lobbisi var. 29 yanvar 2011-ci il tarixli qanunu ilə Fransa soyqırımı tanıdı. Bundan əlavə, 2012-ci ilin yanvarında Fransa parlamenti soyqırımın inkarını cinayət hesab edən qanun qəbul etdi. Buna görə də, təklif olunan qanun layihəsinə uyğun olaraq soyqırımı inkar edənlər bir il həbs cəzası və 45.000 avro cərimə təhlükəsilə üzləşirlər.
Fransadakı erməni lobbisi Patrick Devedjian(keçmiş baş katib) və Edouard Balladur (keçmiş baş nazir, 1993-1995) (hər ikisi erməni mənşəlidirlər) kimi nüfuzlu fransız siyasətçiləri ilə yaxşı əlaqəlidirlər.
BBC-nin verdiyi məlumata əsasən 500.000 erməni mənşəli fransıza arxalanan “Fransanın Erməni Təşkilatlarının Koordinasiya Şurası” (FETKŞ) (Conseil de Coordination des Organisations Arméniennes de France – CCAF) həmin qanuna çox təsir edib. FETKŞ Hollandı yeni prezident postunda təbrik edərək yazırdı: “24 apreldə Parisdə erməni soyqırımının anımı ilə Şura François Hollandı salamlayır, holokostun inkarına qarşı mövqeyini bilir və digər yerdə söz verdiyi kimi bu məsələdə yeni qanuna rəhbərlik edəcəyinə heç bir şübhə duymur”.

FETKŞ prezidentliyə namizəd Hollandla seçkilərdən öncə keçirdiyi görüşdən bəhs edir. Fransanın gələcək prezidenti həmin vaxt soyqırımın inkarına qarşı yeni qanun irəli sürməyi vəd etmişdi və 2012-ci ildə iyul ayının əvvəlində Prezident ictimai şəkildə qanunu təsdiqlədi.
Bu kiçik nümunələrdən gördüyümüz kimi, soyqırımla bağlı qətnamə üzərində lobbiçilik ABŞ və AB/Avropanın Yerevana dair xarici və daxili siyasətinə təsir etmək üçün erməni lobbi təşkilatları tərəfindən edilən əsas cəhdlərdən biridir.

“Erməni İşi: Cənubi Qafqazda düşmənçilik modelində Erməni lobbisinin rolu” adlı hesabatdan


Teqlər:  





Xəbər lenti