Çexiyada kanat yolunda yanğın baş verib

Çexiyada kanat yolunda yanğın baş verib
  09 Dekabr 2013    Oxunub:1303
Yanğın zamanı kanat yolunda olan 100 turist 40 dəqiqə ərzində evakuasiya edilib.
Çexiyanın Çervena-Voda dağ xizəyi kurortunda fəaliyyət göstərən kanat yolunda yanğın baş verib. AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu informasiyanı dağ xizəyi mərkəzinin rəhbəri Radek Proxazka yayıb. Hadisəni yerli ÇTK agentliyi də təsdiqləyib.

Mənbənin dediyinə görə, yanğın zamanı kanat yolunda olan 100 turist 40 dəqiqə ərzində evakuasiya edilib, xəsarət alan yoxdur. Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

Xatırladaq ki, Çervena-Voda dağ xizəyi kurortunda kanat yolu 2010-cu ildə istifadəyə verilib.


Teqlər:





Xəbər lenti