Rusiyalı turistlər Türkiyədə qəzaya düşdülər

  22 Sentyabr 2019    Oxunub : 2183
Rusiyalı turistlər Türkiyədə qəzaya düşdülər
Türkiyənin Antalya şəhərində rusiyalı turistləri daşıyan avtobus aşıb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, Antalyada istirahət edən Rusiya vətəndaşlarını hava limanına daşıyan avtobusun aşması nəticəsində 15 turist xəsarət alıb. Onlardan 7-si xəstəxanaya getməkdən imtina edərək hava limanına yollanıb. Digər yaralılar müayinə olunduqdan sonra hava limanına yola salınacaqlar.

Azvision.az

Teqlər: Türkiyə   Turist   Qəza   Avtobus