Rusiyalı boksçu eyvandan düşərək öldü

Rusiyalı boksçu eyvandan düşərək öldü
  23 Sentyabr 2019    Oxunub:4947
Taillandda 35 yaşlı rusiyalı boksçu Aleksey Zabolotski eyvandan yıxılaraq ölüb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, dostları ilə spirtli içki içən idmançı sərxoş halda oteldəki otağına qayıdıb. Alekseyin otağından qışqırıq səslərinin gəldiyini eşidən dostları ora daxil olublar və boksçunun balkondan düşdüyünü görüblər.

Hadisə yerinə təcili yardım çağrılsa da, idmançı yolda keçinib. Onun ölümünə səbəb ağır kəllə-beyin travması alması olub.

Azvision.az



Teqlər: Boks   Rusiya   Otrl   Eyvan  





Xəbər lenti