Türkiyədə 33 minə yaxın polis işdən çıxarılıb

Türkiyədə 33 minə yaxın polis işdən çıxarılıb
  23 Sentyabr 2019    Oxunub:2977
Türkiyədə 4 il ərzində 33 minə yaxın polis əməkdaşı işdən çıxarılıb.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.

Nazir bildirib ki, 2015-ci ilin 17-25 dekabr və 15 iyul tarixlərində baş verən hadisələrdən sonra polis orqanlarından xaric edilənlərin sayı 33 minə çatıb. Onun sözlərinə görə, FETÖ-yə xidmət edən polis əməkdaşlarının xidmtədən kənarlaşdırılması prosesi hələ də davam edir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: SüleymanSoylu  





Xəbər lenti