Ermənilər rus gənci şişlədilər

Ermənilər rus gənci şişlədilər
  09 Dekabr 2013    Oxunub:1216
Rusiyanin Arzamas şəhərində əhali bütün qafqazlıların şəhərdən çıxarılmasını tələb edir.

AzVision.az rus mətbuatına istinadən xəbər verir ki, ötən gün Nijniy Novqorod vilayətinin Arzamas şəhərində ermənilərə məxsus “Ocaq” kafesində 26 yaşlı Aleksandr Slakayev ermənilər tərəfindən şişlənərək öldürülüb, onun dostu İqor Karpov isə ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib.

İqor Karpov ifadəsində hadisənin aşbazla mübahisədən qaynaqlandığını bildirib. Mübahisə getdikcə böyüyüb və sonda kafedəki 7 erməni 2 rus gəncini döyməyə başlayıblar.

Aleksandr Slakayevin ürək nahiyəsindən aldığı şiş zərbəsindən yerindəcə keçinib. Hadisə yerinə toplaşan yerli sakinlər bütün miqrantların xüsusən qafqazlıların Arzamasdan çıxarılmasını tələb ediblər. Lakin əraziyə gətirilən əlavə polis qüvvələri vəziyyəti sakitləşdirə biliblər.

Faktla bağlı münasibətini açıqlayan yerli erməni icmasının rəhbəri Tiqran Şahnazaryan isə mərhum Slakayevin və dostu Karpovun kafenin kababçısını döydüyünü və sonuncunun özünü müdafiə etmək üçün şişdən istifadə etdiyini bildirib.

Onun məlumatına görə insidentlə bağlı 50-dən artıq erməni saxlanılıb. Şahnazaryan baş verən hadisənin milli zəmində deyil, məişət mübahisəsi zəminində törədildiyini əlavə edib. Nijniy Novqorod vilayət polisi isə faktla bağlı 3 şübhəli şəxsin saxlanıldığını bildirib.

Vüqar İsmayılov
AzVision.az



Teqlər:  





Xəbər lenti