Tailandda parlament buraxıldı

Tailandda parlament buraxıldı
  09 Dekabr 2013    Oxunub:1074
Baş nazir Yinqlak Çinavat müxalifətə güzəştə getməyə məcbur olub.
AzVision.az Qərb mətbuatına istinadən xəbər verir ki, Tailandın baş naziri Yinqlak Çinavat ölkədə 2 həftədən artıq davam edən etiraz aksiyalarından sonra parlamentin buraxılması barədə qərar qəbul edib.

Ölkənin Milli Məclisinə seçkilər qarşıdakı 60 gün ərazində keçiriləcək. Lakin ölkə müxalifəti bununla kifayətlənmir. Müxalifət lideri Sutep Tauqsuban jurnalistlərə bildirib: “Biz hələ də öz məqsədimizə çatmamışıq. Buna görə, hökumət evinə doğru yürüşümüzü davam etdirəcəyik. Bizim məqsədimiz parlamentin buraxılmasına nail olmaq deyil” – deyə müxalifət lideri bildirib.

Paytaxt Banqkokun 9 ayrı-ayrı istiqamətindən Hökumət Evinə doğru irəliləyən müxalifət onun fəaliyyətini dondurmaq niyyətindədir. Müxalifət Yinqlak Çinavatın istefa verməsini və hakimiyyətin yeni yaradılacaq “Xalq Şuras”sına verilməsini tələb edirlər. Bu halda ölkənin siyasi həyatındakı islahatlar və dövlət idarəçiliyi funksiyalarını Tailand kralı Pumpion Adulyadet icra edəcək. Lakin kral dəfələrlə ölkənin idarə olunması hüququndan imtina edəcəyini bildirmişdi.

Xatırldaq ki, hazırki Tailand baş naziri Yinqlak Çinavat 2006-cı ildə dövlət çevrilişi nəticəsində devrilən sabiq baş nazir Taksin Çinavatın doğma basıdır.

Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti