Azərbaycan Niderlanda etiraz etdi

Azərbaycan Niderlanda etiraz etdi
  09 Dekabr 2013    Oxunub:1241
Səfir: `Rəsmi Bakı Niderlandın Xarici İşlər Nazirliyi Azərbaycan barədə şok hesabatına etirazını bildirib`.


Xəbər verdiyimiz kimi Niderlandın Xarici İşlər Nazirliyi Azərbaycan barədə hesabat hazırlayıb. Hesabatda Azərbaycanın hazırki durumu subyektiv şəkildə əks olunub. Bu barədə Azərbaycanın Niderlanddakı səfiri Mir-Həmzə Əfəndiyev məlumat verib.

Əfəndiyevin sözlərinə görə, Azərbaycan Səfirliyi Niderlandın Xarici İşlər Naziriliyi ilə əlaqə saxlayıb həm nazirliyə həm də sözügedən hesabata etirazını bildirib.

Qeyd olunub ki, hesabatda yer alan məlumatlar əsassızdır və reallığı əks etdirmir.

Səfirin sözlərinə görə, naməlum mənbələrə və şəxsi iddialar əsaslanan bu hesabat iki ölkə arasındakı münasibətlərə zərbə vura bilər.

Diplomat həmçinin qeyd edib ki, Azərbaycan səfirliyinin ünvanlandığı sorğuya cavab olaraq Niderland XİN-i bəyan edib ki, bu hesabat Niderlandın Azərbaycanla münasibətdə yürütdüyü siyasəti əks etdirmir.

“ Buna baxmayaraq, Azərbaycan tərəfi bu kimi hesabatların yayılmasına qarşı daha peşəkar yanaşma nümayiş etdirilməsini və məsuliyyətli olmağı tələb edir.

Azərbaycan haqqında birtərəfli, şəxsi iddialar və ölkədəki vəziyyətin qeyri-obyektiv analizinə əsaslanan hesabat hazırlamaq Niderlandın bizə qarşı artan diqqəti və ikitərəfli münasibətlərin inkişaf etdirilməsi ilə bağlı tutduğu mövqeyi ilə uyğun gəlmir”- deyə səfir sözlərinə əlavə edib.

Səfirin sözlərinə görə, son zamanlar Niderland rəsmilərinin Azərbaycana səfərlərinin sayı çoxalıb.

“ Hazırda və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğuna və Niderlandın Azərbaycanla əlaqələri daha da inkişaf etdirmək niyyətində olduğuna dəlalət edir”- səfir bildirib.

Bununla yanaşı səfir qeyd edib ki, hesabatda silsilə tənqidlərlə yanaşı müsbət məqamlar da var:

“Sənəddə Azərbaycanın Avropa və ABŞ üçün geostrateji cəhətdən önəmi , Qərbin Əfqanıstana münasibətində yürütdüyü siyasətdə Azərbaycanın rolu, bu yaxınlarda baş tutan prezident seçkilərində müşahidəçilərin sərbəst fəaliyyət göstərə bilməsi üçün yaratdığı imkanlar , kadr islahatları, dinamik inkişafı və s. yüksək qiymətləndirilib”.

AzVision.az


Teqlər:  





Xəbər lenti