Putin “Ria-Novosti”ni ləğv etdi

 Putin “Ria-Novosti”ni ləğv etdi
  09 Dekabr 2013    Oxunub:1435
Onun yerində “Rossiya Seqodnya” informasiya agentliyi yaradıldı
AzVision.az rus KİV-lərinə istinadən xəbər verir ki, Vladimir Putinin fərmanı ilə Rusiyanın “RİA Novosti” informasiya agentliyi ləğv olunur və onun yerində beynəlxalq “Rossiya Seqodnya” informasiya agentliyi yaradılıb.

Yeni yaradılan agentliyin rəhbəri ölkə başçısı tərəfindən təyin olunur və yalnız onun tərəfindən vəzifədən kənarlaşdırıla bilər. Qanun imzalandığı gündən qüvvəyə minir. Yeni orqanın əsas əsas vəzifəri Rusiya Federasiyasının yeritdiyi siyasətin və ictimai həyarın xaricdə işıqlandırılması olacaq.

Eyni fərmanla “Rodina” jurnalı “Rossiyaskaya qazeta” qəzetinin tərkibinə daxil olacaq. “Rossiya Seqodnya” agentliyi həm də ləğv edilən “Rusiyanın Səsi” radiokompaniyasının da əmlakına sahib çıxacaq.
Xatırladaq ki, RİA Novosti mediaholdinqinin dünyanın 49 ölkəsində, o cümlədən Azərbaycanda nümayəndəliyi fəaliyyət göstərib.



Teqlər:  





Xəbər lenti