Şimon Peres iranlı həmkarı ilə görüşməyə hazırdı

Şimon Peres iranlı həmkarı ilə görüşməyə hazırdı
  09 Dekabr 2013    Oxunub:1311
Şimon Peres ölkəsinin “düşmənləri dosta çevirmək” istədiyini bildirib.
AzVision.az xaricui mətbuata istinadən xəbər verir ki, İsrail prezidenti 90 yaşlı Şimon Peres Təl-Əvivdəki mətbuat konfransında iranlı həmkarı Həsən Ruhani ilə görüşməyə hazır olduğunu dilə gətirib.
“Mən Ruhani ilə görüşməyə hazıram. Mənim düşmənlərim yoxdu və biz İranı düşmən ölkə kimi qəbul etmirik” – deyə Peres jurnalistlərə açıqlamasında söyləyib. Nümunə kimi isə Fələstin administrasiyasının sabiq rəhbəri, mərhum Yasir Ərəfatı göstərib.
İranın Nüvə proqramına da toxunan təcrübəli siyasətçi məsələnin diplomatik həllinə üstünlük verdiklərini bir daha bəyan edib.
“İranın Nüvə proqramı məsələsi ilə bağlı heç şübhəsiz ki, biz diplomatik həllə üstünlük veririk. Lakin sözlərə güc vermək üçün bütün varinatlar stolun üstündədir. Biz atəş açmazdan öncə iqtisadi və siyasi təzyiqlərə üstünlük veririk” - deyə Peres sonda əlavə edib.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti