Lavrov ABŞ-dan narazı qayıdır: “Sadəcə ayıbdır”

Lavrov ABŞ-dan narazı qayıdır:  “Sadəcə ayıbdır”
  25 Sentyabr 2019    Oxunub:3555
Rusiya xarici işlər naziri Sergey Lavrov BMT-nin iclasında iştirak etmək üçün ona viza verdiyinə görə Vaşinqtona ironik şəkildə "təşəkkür" edib.
Azvision.az -ın məlumatına görə, Lavrov istehza ilə bildirib ki, ABŞ rəhbərlik etdiyi nümayəndə heyətindən fərqli olaraq ona "iltifatla" viza verib.

"Bu, özünü sonuncu həqiqət kimi göstərməyə çalışan bir dövlət üçün sadəcə ayıbdır", - Lavrov deyib.

Qeyd edək ki, rusiyalı senatorlar BMT Baş Assambleyasında iştirak etmək üçün ABŞ-dan viza ala bilməyiblər. Rusiya tərəfi bunu biabırçı hərəkət adlandırıb.

Şahanə Rəhimli
Azvision.az




Teqlər: SergeyLavrov  





Xəbər lenti