Pakistanda dəhşətli zəlzələ: 24 ölü, 450 yaralı

  25 Sentyabr 2019    Oxunub : 2501
Pakistanda dəhşətli zəlzələ: 24 ölü, 450 yaralı
Pakistanın şərqində baş verən güclü zəlzələ nəticəsində 24 nəfər həlak olub, 450 sakin isə yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Bildirilir ki, zəlzələ 5,6 bal gücündə qeydə alınıb. Dağıntılar altında qalan şəxslərin axtarışları davam etdirilir.

Azvision.az



Teqlər: Pakistan   Zəlzələ