Pakistanda zəlzələ nəticəsində 38 nəfər ölüb

Pakistanda zəlzələ nəticəsində 38 nəfər ölüb
  26 Sentyabr 2019    Oxunub:1690
Pakistanın şərqində Hindistanla sərhəd bölgədə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Pakistanın Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli İdarəsi məlumat yayıb. Bildirilib ki, 5.8 bal gücündə zəlzələ zamanı 38 nəfər həlak olub, 646 nəfər xəsarət alıb.

Bundan əlavə, 450-dən çox yaşayış binası dağılıb. Zəlzələ bölgəsində onlarda ev işıqsız qalıb. Hazırda təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün işlər görülür.

Azvision.az



Teqlər: Pakistan   Zəlzələ  





Xəbər lenti