Bulvardan səngərə kimi...

Bulvardan səngərə kimi...
  12 Mart 2013    Oxunub:1907
Emin Piri

“Əsgərimiz ölməsin!” şüarıyla başlayan virtual nümayiş sonradan gündəmi xeyli məşğul etdi. Öncəliklə hərbi xidmətə oğul yola salan hər bir ananın qarşısında baş əyərək başlamaq istəyirəm. Əslində nə baş verir?
Nə baş verdiyini öyrənməkçün mən də həmin nümayişlərdə olmuşam. Ətrafıma baxdım, soruşdum, maraqlandım. Ya qızlar idi, ya hələ hərbi xidmət görməyən tələbələr, ya da cibində “niqodnı” bilet gəzdirənlər. Orduda problemlər yox deyil və günahı olanlan cəzalanmalıdır. Amma səhv yerdə olduğumu da anladım. Bəli, mən əsgər analarının qarşısında baş əyərəm amma cibində “niqodnı” bilet gəzdirənlərin arxasınca baş əyib gedə bilmərəm. Onlar heç vaxt əsgəri, ordunun nə olduğunu, nələr çəkdiyini anlaya bilməzlər.

Əsgəri anlamaq üçün bulvarın yox, səngərin qoxusunu udmalısan!

Vətən sevgisinin, azadlığın nə olduğunu, əsgərin nə çəkdiyini bilmək üçün gecə saatlarında facebook-da bir-iki qızla çatlaşıb ilhama gəlib özünü göstərməkçün virtual inqilabçılıqla yox, gecə sübhə kimi -20 derecede çiynində silah düşmən qarşında durmalısan!
Vətən, azadlıq bulvardan yox, səngərdən başlayır!

Əsgəri sevmək Praqadan, Parisdən əcnəbi dildə sevgi mesajı atmaq yox, Ağdamda, Tərtərdə səngər qazmaqdan qabar olmuş əsgər əlini sıxmaqdı!

Azərbaycanda ordunun heyətinin azaldılmasını istəyənlər, Əkrəmi müdafiə edənlər,işğal olunmuş azərbaycan torpaqlarıyçün sülh variantından ayrı yol tanımayanlar bu mövzuda da eyni,ayrılmaz mövqe göstərirlər.

Eynilə bu mövzu bir neçə yazarın da hədəfə çevrilməsinə səbəb oldu. Dünənə kimi istedad allahı adlandırıb əlini öpməyə hazır olanlar Aqşin Yeniseyə bayağılıq donu geyindirdilər. əcəba, bir gecədə ədəbiyyata yeni şeir zövqümü gəldi? Ailə üzvləri ilə birgə müxtəlif vəzifələr tutmuş, maliyyə cəhətdən hər şeyə nail olan Əkrəm Əylislini müdafiə edənlər niyə heç nəyi olmayan Aqşini hədəfə çevirir?
Məgər onun öz fikrini söyləməyə haqqı yoxdu? Hökmən gərək Əkrəm kimi azərbaycan xalqını təhqir edəydi ki, onun da söz haqqının olduğunu anlayasınız?

Hərbi xidmətə getmək istəməyənlər və getməyənlər Əkrəm Əylislini müdafiə etdilər və sonra da Aqşini hədəfə çevirdilər. Məncə bu hər şeyi deyir. Artıq sözə ehtiyac yoxdu!
Əgər orduya qarşı bu qədər sevgiylə yanaşırsınızsa əsgərliyə getmək istəməyənlərə niyə siyasi məhbus donu geyindirisiniz? Sizi yaxşı başa düşürəm bugün su şırnağının qarşından qaçanlar erməni gülləsi qarşında yəqin ki, baş əyərlər!

Bulvarda gəzərkən bir gün skamyaların birində əyləşin və min bir hoqqayla əldə etdiyiniz cibinizdəki”yararsız” hərbi biletini qarşınıza qoyun,özünüzə sual verin- mən kiməm?
Əgər azacıq vijdanınız varsa cavabı tapacaqsınız...

Bəzi xanımlarsa bunların əks variantıdı. Bizdə kişi yoxdu müharibə olsun biz gedərik-deyirlər. Əzizlərim, siz öncə əsgər yolu gözləməyi bacarın!


Teqlər:  





Xəbər lenti