Ukraynada vəziyyət gərginləşdi

Ukraynada vəziyyət gərginləşdi
  09 Dekabr 2013    Oxunub:1612
“Müstəqillik” meydanı mühasirə vəziyyətindədir
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Ukrayna Daxili İşlər nazirliyinin “Berkut” xüsusi təyinatlıları “Müstəqillik” meydanını mühasirəyə alıblar. Yaxın saatlarda müxalifətçilərin nəzarətində olan meydana müdaxilə ediləcəyi gözlənilir.

“Udar” siyasi partiyasının lideri Vitali Kliçko hüquq-mühafizə orqanlarının qarşısına çıxaraq onlara veriləcək əmrlərə itaətsizlik etməyə çağırış edib. “Siz də bizim kimi vətəndaşlarsınız. Sizi cinayətkar əmrləri icra etməməyə çağırıram. Buarad dinc insanlar dayanıb. Silahlı, qanun pozan şəxslər burada yoxdur” – deyə Kliçko müraciətində deyib.
Bundan öncə, “Batkovşina” (Vətən) partiyasının sədri Arseniy Yaçenyuk yaxın saatlarda meydanın müxalifətçilərdən təmizlənməsi üçün göstərişin veriləcəyini bildirib. Tərəfdarlarına müraciət edən Yaçenyuk hər kəsi meydanı müdafiə etməyə çağırıb.

“Biz meydanı müdafiə etməyə çağırırıq. İndi meydana hücum hazırlanır. Daxili Qoşunlar artıq Kostelnoy və Mixaylovski küçələrinin kəsişməsində yerləşiblər”. Etirazçılar hüquq-mühafizə orqanlarının hərbi texnikasının qarsısını kəsərək onların meydana yaxınlaşmasına imkan vermir.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti