Rusiyada qanunsuz miqrantların sayı açıqlandı
Romodanovskinin sözlərinə görə gün ərzində 3 min qanunsuz miqranta ölkəyə giriş qadağan olunur. “Bizim məlumatlara görə Rusiya ərazisində 3,5-3,6 milyon nəfər qeyri-qanuni çalışan xarici ölkə vətəndaşı var”.
Romandovskinin sözlərinə görə, qeyri-qanuni miqrantların böyük əksəriyyəti MDB ölkələrinin vətəndaşlarıdır. Miqrasiya Xidmətinin rəhbəri miqrantlara şamil olunacaq amnistiyanın ölkədə qanunsuz miqrantların sayını azalda bilməyəcək.
2008-cui ildə hakimiyyət qanunsuz miqrantlara Federal Miqrasiya Xidmətinə gələrək cərimələri ödəyib, miqrant kartı əldə etməyi təklif edib. Lakin 5 milyon miqrantın yalnız 2,2 milyonu bu təkliflə razılaşaraq, cərimə ödəyib”-deyə Romandovski fikirlərini yekunlaşdırıb.
Vüqarv İsmayılov