Tramp “Tvitter”də Zelenskidən yazdı: “Söhbətimiz yaxşı alındı”

Tramp “Tvitter”də Zelenskidən yazdı:  “Söhbətimiz yaxşı alındı”
  28 Sentyabr 2019    Oxunub:5214
ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığına münasibət bildirib.
Azvision.az TASS-a istinadən xəbər verir ki, ABŞ lideri bu barədə "Tvitter" hesabında yazıb.

"Ukraynanın yeni prezidenti ilə çox yaxşı və sadə söhbətim oldu. Çətin ki, bundan daha yaxşı və düzgün ola bilərdi. Bir qrupda işləyən yalançı media və demokratlar saxtakarlıqla onu pis formada göstərdilər. Söhbətimiz pis deyildi, qanuni və çox yaxşı idi", -deyən Tramp baş verənləri "cadugər ovunun davamı" adlandırıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Zelenski   Ukrayna   ABŞ  





Xəbər lenti