Ermənistan ordusu Qarabağda itki verdi

Ermənistan ordusu Qarabağda itki verdi
  28 Sentyabr 2019    Oxunub:13906
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu ölüb.

Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, sentyabrın 28-də, saat 06: 50-də Qarabağın şimal istiqamətində 1999-cu il təvəllüdlü əsgər Arman Armenoviç Levonyanın meyiti aşkar edilib.
Faktı Ermənistanın Müdafiə Nazirliyi təsdiqləyib. Erməni əsgərin güllə yarasından öldüyü bildirilir.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Ermənistan   Qarabağ  





Xəbər lenti