İrəvanda Koçaryanın tərəfdarı həbs olundu

İrəvanda Koçaryanın tərəfdarı həbs olundu
  28 Sentyabr 2019    Oxunub:3029
Ermənistan polisi sabiq prezident Robert Koçaryanın tərəfdarlarından olan Narek Mutafyanı həbs edib.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, o, keçmiş prezidentin cinayət işinə baxan hakim Anna Danibekyana hörmətsizlik etməkdə ittiham olunur.

Sentyabrın 28-nə keçən gecə hakim Anna Danibekyanın təqib və təzyiqə məruz qalması ilə bağlı məlumat daxil olub. Faktla əlaqədar Cinayət Məcəlləsinin 343-cü maddəsi ilə iş açılıb. Şübhəli bilinən Narek Mutafyan polis bölməsinə aparılıb.

Bundan əlavə, Mutafyan başda olmaqla bir neçə gəncin Anna Danibekyanın arxasınca getməsi və onu telefonla çəkmələri ilə bağlı videomaterial yayılıb.

Qeyd edək ki, Danibekyan sabiq prezidentin vəkillərinin sərbəst buraxılması tələbini rədd edib və keçmiş dövlət başçısını həbsdə saxlayıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Koçaryan   Ermənistan   Həbs  





Xəbər lenti