Ancelina Colinin atası Trampı təriflədi

Ancelina Colinin atası Trampı təriflədi
  28 Sentyabr 2019    Oxunub:5828
Məşhur amerikalı aktyor Con Voyt ABŞ prezidenti Donald Trampın impiçmentinə qarşı çıxıb.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, o, ABŞ vətəndaşlarını Trampa dəstək olmağa çağırıb. Aktyor bəzi amerikalıların Trampı vəzifəsindən uzaqlaşdırmaq istəyini müharibə adlandırıb.

"Bu, ölkəmizi müdafiə edən, onu yenidən təhlükəsiz və möhtəşəm hala salan alicənab bir insana qarşı müharibədir", - deyə Voyt əlavə edib ki, Trampın rəhbərlyi altında vətəndaşlar digər liderlərin dövründən fərqli olaraq çox şey əldə ediblər.

"Həqiqət qalib gələcək, qoy tanrı bütün həqiqətləri açsın. Biz millət olaraq prezidentimizin sayəsində daha da gücləndik".

Qeyd edək ki, Con Voyt dünya şöhrətli hollivud aktrisası Ancelina Coyun atasıdır.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: ABŞ  





Xəbər lenti