İstanbul derbisindən sonra dava - Bir nəfər öldü

İstanbul derbisindən sonra dava -   Bir nəfər öldü
  29 Sentyabr 2019    Oxunub:6776
Ötən gün “Qalatasaray”la “Fənərbaxça” arasında keçirilən derbi oyunu ölümə səbəb olub.
Azvision.az xəbər verir ki, stadionda matçı izləyən iki azarkeş arasında mübahisə düşüb. Aralarındakı münasibəti aydınlaşdırmağa çalışan şəxslər bu gün yenidən görüşmək qərarına gəliblər. Nəticədə adları açıqlanmayan azarkeşlərdən biri digərini bıçaqlayaraq qətlə yetirib. Onun meyiti yaşadığı evin həyətində tapılıb.

Faktla bağlı polis araşdırma aparır.

Azvision.az


Teqlər: İstanbul   Derbi  





Xəbər lenti