Müəllimlərin işə qəbulu üzrə III tur başa çatdı

Müəllimlərin işə qəbulu üzrə III tur başa çatdı
  30 Sentyabr 2019    Oxunub:2303
2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə III tur başa çatıb.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, namizədlər 29 sentyabr saat 23:59-dək miq.edu.az saytına daxil olaraq bu turda iştirak ediblər.

Prosesə builki müsabiqədə vakant yer tutmayan, 2018-ci və ya 2019-cu il üzrə işə qəbul imtahanı nəticəsi olan şəxslər qatılıb.

Qeyd edək ki, yalnız Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində ibtidai sinif müəllimliyi üzrə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçirilib.

Azvision.az



Teqlər: Müəllim   İş   Qəbul  





Xəbər lenti