Yığmamız birinci oldu – FOTOLAR

Yığmamız birinci oldu – FOTOLAR
  10 Dekabr 2013    Oxunub:1646
Heydər Əliyevin xatirəsinə həsr edilən yeniyetmələr arasında sərbəst güləş üzrə V Beynəlxalq turnirdə Azərbaycan yığma komandası birinci yeri tutub
Dekabrın 8-də Brovarı Ali Bədən Tərbiyəsi Məktəbinin (BABTM) idman kompleksində Heydər Əliyevin xatirəsinə və Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilən 1997-1998-ci il təvəllüdlü oğlanlar və qızlar arasında sərbəst güləş üzrə V Beynəlxalq turnir başa çatdı.

Xatırladaq ki, artıq ənənəyə çevrilən bu maraqlı yarışların təşəbbüsçüsü və təşkilatçısı “Azərbaycançılıq İnstitutu” Beynəlxalq İctimai Təşkilatının prezidenti, Ukrayna Azərbaycanlılar Konqresinin (UAK) Kiyev şəhər təşkilatının sədri, sərbəst güləş üzrə əməkdar idman ustası, Azərbaycanın və keçmiş SSRİ-nin əməkdar məşqçisi Oleq Krapivindir.

İki gün davam edən turnirdə BABMT-nin idman kompleksinin tribunaları tamaşaçı ilə dolu idi. Yarışlarda Ukrayna, Azərbaycan, Belarus, Almaniya, Moldova, Rusiya Federasiyası, Rumıniya və Özbəkistanı təmsil edən 235 yeniyetmə oğlan və 126 qız iştirak edib.

Dekabrın 8-də Əfqan Xaşalov (54 kq), Hacımurad Maqomedsaidov (76 kq) və İqbal Hacızadə (100 kq) qızıl medallara layiq görülüb.

Ülkər Babayeva (40 kq) və Pənah İlyaslı (63 kq) gümüş medal, Leyla Qurbanova (52 kq) və Füzuli Hüseynov (54 kq) bürünc medal qazanıblar.

Azərbaycan yığması komanda hesabında birinci yeri tutub. Gənc idmançılarımızın adlı-sanlı müəllimləri Oqtay Hüseynov və Firdovsi Ömərov, habelə Nicat Hacıyev, qızların məşqçisi Rövşən Süleymanov, oğlanların məşqçiləri Əsgərxan Novruzov və Rövşən Hacıyevində uğurda payı var.

Komanda hesabında ikinci yeri Özbəkistan atletləri tutub. Belarus və Rumıniya idmançıları isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Qalereya




Teqlər:  





Xəbər lenti