Rusiyada deputat yol qəzasında öldü

 Rusiyada deputat yol qəzasında öldü
  30 Sentyabr 2019    Oxunub:1867
Rusiyalı deputat yol qəzasında həlak olub.

Azvision.az TASS-a istinadən xəbər verir ki, Fedorovskiy rayon məclisinin deputatı Azamat Düşalov dünən axşam saatlarında Saratov vilayətində qəzaya düşüb. Ağır xəsarətlər alan deputat hadisə yerində keçinib.
İlkin məlumata əsasən, qəza "Toyota" markalı maşının xəndəyə düşməsi nəticəsində baş verib.

Şahanə Rəhimli
Azvision.az




Teqlər: Rusiya   qəza  





Xəbər lenti