Co Baydenin oğlu ilə bağlı 1,5 milyardlıq qalmaqal

Co Baydenin oğlu ilə bağlı 1,5 milyardlıq qalmaqal
  30 Sentyabr 2019    Oxunub:6564
Rəsmi Pekin ABŞ-ın sabiq vitse-prezidenti Co Baydenin oğluna pul verilməsi barədə məlumatı yalanlayıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qen Şuan bildirib. O,ABŞ prezidenti Donald Trampın vəkili Rudolf Culianinin çıxışını şərh edərək deyib ki, bu cür ifadələr tamamilə həqiqətə uyğun deyil.

Qeyd edək ki, ABŞ prezidentinin vəkili Rudolf Culiani özünün "Twitter" səhifəsində sabiq vitse-prezident Co Baydenin oğlu Hanter Baydenin Ukraynadan 3 milyon, Çindən isə 1,5 milyard dollar məbləğində qanunsuz yolla pul əldə etdiyini yazıb.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Çin   ABŞ  





Xəbər lenti