ABŞ Yanukoviçə xəbərdarlıq etdi - VİDEO

ABŞ Yanukoviçə xəbərdarlıq etdi - VİDEO
  10 Dekabr 2013    Oxunub:1178
Ukraynadan canlı yayım.
ABŞ-ın Ukraynadakı səfiri Cefri Payett Yanukoviç iqtidarını diqqətli olmağa çağırıb. AzVision.az yerli mətbuata istinadən xəbər verir ki, səfir twitter səhifəsində yazıb: “Dinc nümayişlər dialoq və zor tətbiq edilməməklə davam etməlidir... Dünya baxır. Şansı itirmək olmaz”.

Öz növbəsində Avropa Birliyinin Ukraynadakı səfiri Yan Tombinskiy bəyanat yayaraq rəsmi Kiyevi “dinc nümayişlərə qarşı əsassız güc tətbiqi və xüsusi təyinatlılardan istifadənin yol verilməzliyi” haqda xəbərdar edib.

Səfir həmçinin, hökumətə ifadə və toplantı azadlıqlarına hörmətlə bağlı götürdüyü öhdəliyi xatırladıb və onu siyasi böhranı dialoq və başqa uyğun vasitələrlə həll eləməyə çağırıb.

Bu arada ölkədə Daxili Qoşunların (DQ) minə yaxın hərbçisi və "Berkut" xüsusi təyinatlı milis dəstəsi Avropa meydanı yaxınlığında qurulan çadır şəhərciyindən etirazçıları sıxışdırıb çıxarıblar.

Hazırda DQ-nin əsgərləri barrikadaları sökürlər.

Daxili İşlər Nazirliyinin əməkdaşları isə Nazirlər Kabineti ətrafındakı çadır şəhərciyini əhatəyə alıb. Onlardan bəziləri barrikadaları dağıtmağa başlayıb.

Müxalif partiyaların təmsilçiləri hərbçilərin etirazçılara qarşı hədsiz güc tətbiq etdiklərini iddia edirlər.



Live streaming video by Ustream


Teqlər:  





Xəbər lenti