Gürcüstanda 155 min ev işıqsız qalıb

Gürcüstanda 155 min ev işıqsız qalıb
  10 Dekabr 2013    Oxunub:1318
Gürcüstanda 155 min abonentə elektrik enerjisi verilməsi dayandırılıb. Mürəkkəb hava şəraiti Gürcüstan parlamenti üçün də problem yaradıb.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Gürcüstan Energetika Nazirliyindən verilən məlumata görə, hazırda ölkədə 155 min abonentə elektrik enerjisi verilmir.

Nazir müavini İrakli Xmaladze deyib ki, güclü qasırğa və qar yağması nəticəsində yüksək gərginlikli elektrik xətləri zədələnmiş və əhalinin elektrik enerjisi ilə təminatında ciddi problem yaradıb.

İ.Xmaladzenin dediyinə görə, elektrik enerjisi verilişini bərpa etmək üçün tədbirlər görülür.
Lakin, ölkənin qərb bölgəsində güclü qar yağması və qasırğa ölkə parlamentinin işində də problem yaradıb. Deputatların parlament şəhəri Kutaisiyə gələ bilməməsi səbəbindən ali qanunvericilik orqanı işini davam etdirə bilmir.

Parlamentin sədri David Usupaşvili bu barədə məlumat verərək “Sabah bir sıra vacib tədbirlərin həyata keçirilməsini planlaşdırmışdıq. Lakin mərkəzi avtomobil yollarında nəqliyyatın hərəkəti dayandırıldığından, işimizi harada davam etdirmək barədə fikirləşmək məcburiyyətindəyik” deyə bildirib.

Parlament aparatının rəhbəri Zurab Maraxvelidze deputatların Kutaisiyə getmələri üçün çarter reyslərinin təşkil olunacağını istisna etməyib.


Teqlər:  





Xəbər lenti