Ukrayna üzrə AP qətnaməsi çərşənbə axşamı olacaq

Ukrayna üzrə AP qətnaməsi çərşənbə axşamı olacaq
  10 Dekabr 2013    Oxunub:1361
Avropa Parlamenti Ukrayna üzrə qətnaməsini çərşənbə axşamı nəzərdən keçirəcək.
Avropa parlamenti çərşənbə axşamı Strasburqda keçiriləcək iclasda Ukraynada son hadisələrlə bağlı qətnaməsini nəzərdən keçirəcək və oradakı vəziyyəti müzakirə edəcək.

AzVision.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukrayna-Avropa Birliyi əməkdaşlıq komitəsinin sədri Pavel Koval bildirib.

"Sabah Strasburqda saat üçdə Ukraynadakı vəziyyətlə bağlı diskussiya başlayacaq. Bizdə xüsusi qətnamə var, hansınaki çərşənbə günü səs veriləcək. Sabah qətnaməyə yenə əlavələr olacaq, lakin hər şey Meydandakı vəziyyətdən asılı olacaq", - Koval bildirib.


Teqlər:





Xəbər lenti