2019-2021-ci illər üzrə kollektiv müqavilə imzalandı

2019-2021-ci illər üzrə kollektiv müqavilə imzalandı
  02 Oktyabr 2019    Oxunub:2808
Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) Bakı şəhəri üzrə rayon komitələri ilə 2019-2021-ci illər üzrə kollektiv müqavilə imzalanıb.
Azvision.az xəbər verir ki, imzalanma mərasimində BŞTİ-nin struktur bölmə rəhbərləri və Bakı şəhərinin rayonlar üzrə təhsil işçiləri həmkarlar ittifaqı komitələrinin sədrləri iştirak ediblər.

BŞTİ-nin müdiri Rəşad Tağıyev çıxışı zamanı ATİAHİ-nin keçirdiyi tədbirləri, bütövlükdə bu təşkilatın gördüyü işləri yüksək qiymətləndirib və işlərində uğurlar arzulayıb.

Tədbirdə ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə BŞTİ və ATİAHİ-nin Bakı şəhərinin rayon komitələri ilə 2019-2021-ci illər üzrə bağlanan kollektiv müqavilənin şərtləri barədə ətraflı məlumat verib.

Tədbirdə müqavilənin müddəaları müzakirə olunub, təhsil işçilərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni maraqlarının müdafiəsi, habelə əməyin mühafizəsinin təşkili sahəsində əhəmiyyəti vurğulanıb.

Azvision.az



Teqlər: Təhsil   İdarə   Müqavilə  





Xəbər lenti