Dövlət qulluqçusu olmaq istəyənlər sınağa çəkiləcək

Dövlət qulluqçusu olmaq istəyənlər sınağa çəkiləcək
  02 Oktyabr 2019    Oxunub:2712
Dövlət İmtahan Mərkəzi tərəfindən oktyabrın 4-də dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə elektron sınaq imtahanı keçiriləcək.
DİM-dən Azvision.az -a verilən məlumata görə, AA, AB, AC, BA, BB qrupları üzrə keçiriləcək sınaq imtahanı saat 10:00-da başlayacaq.

Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. Qeyd olunan imtahanda iştirak etmək üçün onlayn qeydiyyat 4 oktyabr saat 09:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün LİNKƏ daxil olmaq lazımdır.

Qeyd edək ki, sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanında iştirak etmək üçün DİM-in saytında onlayn qeydiyyatdan keçmək lazımdır.

Azvision.az



Teqlər: DİM  





Xəbər lenti