Ötən ay BŞTİ-yə 15 526 müraciət daxil olub

Ötən ay BŞTİ-yə 15 526 müraciət daxil olub
  02 Oktyabr 2019    Oxunub:2819
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Telefon Məlumat Mərkəzinə (telefon: (+99412) 599-12-22) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2019-cu ilin sentyabr ayı ərzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
İdarədən Azvision.az -a verilən məlumata görə, qeyd olunan müddət ərzində ümumilikdə, 15 526 müraciət daxil olub. Onların əksəriyyəti dərhal cavablandırılıb və operativ şəkildə həll olunub.

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 1 347 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 8 760 vətəndaş müraciəti daxil olub. 351 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada BŞTİ-nin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.

Vətəndaşların Qəbulu Mərkəzində 4 223 sənəd (vətəndaşlar tərəfindən 1 629 ərizə, Təhsil Nazirliyindən 645, digər qurumlardan 154, məktəblərdən 1 578 məktub, 58 strukturdaxili yazışma və 159 kadr ərizəsi) qəbul olunub və qeydiyyata alınıb. Həmçinin 845 elektron müraciətə baxılıb.

Daxil olan müraciətlər daha çox müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, işə qəbul, məktəbəhazırlıq qruplarına və I sinfə uşaqların qəbulu, şagirdlərin elektron yerdəyişməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması, informasiya təminatı və digər məsələləri əhatə edib.

Azvision.az



Teqlər: Təhsil   İdarə  





Xəbər lenti