“Bəzi kəndlərdə məktəbəqədər təhsil müəssisələri yoxdur” - Nazir müavini

 “Bəzi kəndlərdə məktəbəqədər təhsil müəssisələri yoxdur” -  Nazir müavini
  02 Oktyabr 2019    Oxunub:3262
Bəzi kəndlərdə ümumiyyətlə məktəbəqədər təhsil müəssisələri yoxdur. Elələri də var ki, orada say kifayət qədər deyil.

Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.
Onun sözlərinə görə, Azərbaycanda 3-5 yaşlı uşaqların məktəbəqədər təhsilini təmin edən müəssisələr ölkə üzrə bərabər paylanmır.

“Bu baxımdan, ümumtəhsil müəssisələrinin bazasında 3-5 yaşlı uşaqlar üçün məktəbəqədər təhsil mərkəzlərinin yaradılmasının uşaqların gələcəkdə təlim nailiyyətlərinə müsbət təsir etməklə yanaşı, ümumilikdə ölkəmizdə təhsilin keyfiyyətinə çox yaxşı təsir edəcəyinə əminik".

Nazir müavini qeyd edib ki, Təhsil Nazirliyi məktəbəqədər təhsil şəbəkəsinin genişləndirilməsində maraqlıdır: "Çünki beynəlxalq qiymətləndirmənin nəticələrinə görə, Azərbaycanda təhsilin məktəbəqədər təhsil pilləsi üzrə əhatəliliyi cəmi 15 faizdir".

M.Vəliyeva xatırladıb ki, bu aydan ölkədə 250 icma əsaslı məktəbəqədər təlim qrupları fəaliyyətə başlayır: "Növbəti ildə də daha 250 qrup fəaliyyət göstərəcək. Bu da ümumilikdə 3-5 yaşlı 10 minə yaxın uşağın məktəbəqədər təhsilə cəlb olunması deməkdir".

Aytən Zəhra
Azvision.az


Teqlər: TN   Məktəb  





Xəbər lenti