Putin Koçaryanın arvadı ilə görüşüb

Putin Koçaryanın arvadı ilə görüşüb
  02 Oktyabr 2019    Oxunub:6753
Rusiya prezidenti Vladimir Putin İrəvana səfəri çərçivəsində Ermənistanın həbsdə olan sabiq prezidenti Robert Koçaryanın həyat yoldaşı ilə görüşüb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Putin Bella Koçaryanla Rusiyanın Ermənistandakı səfirliyində görüşüb. Onlar çay içib və uzun müddət söhbət ediblər.

Qəzetin yazdığına görə, söhbətin əsas müzakirə mövzusu Koçaryanın həbsi, sabiq prezidentin ətrafında baş verən son hadisələr və hakimiyyətin ona qarşı etdikləri olub.

Xatırladaq ki, Vladimir Putin Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak etmək üçün İrəvana səfər edib.



Şahanə Rəhimli
Azvision.az


Teqlər: Yeravan   Putin  





Xəbər lenti