PKK-ya ağır zərbə: 144 terrorçu zərərsizləşdirilib

  PKK-ya ağır zərbə:  144 terrorçu zərərsizləşdirilib
  03 Oktyabr 2019    Oxunub:1765
Türkiyədə terror təşkilatı YPG/PKK-ya qarşı sentyabr ayında həyata keçirilən əməliyyatlarda 144 terrorçu zərərsizləşdirilib.
Azvision.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Bildirilib ki, PKK ilə əlaqəli 115 şübhəli şəxs saxlanılıb. Onlardan 40-ı həbs edilib.

Terror təşkilatına qarşı əməliyyatlarda iştirak edən 7 hərbçi şəhid olub, 4-ü yaralanıb. Terror aktları zamanı 8 mülki şəxs həlak olub, 14 nəfər xəsarət alıb.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Türkiyə   PKK   Terror   Şəhid  





Xəbər lenti